Sona Həmidova: “Cəbrayılda dalğalanan üçrəngli bayrağımız Xankəndində də dalğalanacaq”
“Bu gün bütün ölkə vətəndaşlarının ürəyi Dağlıq Qarabağla döyünür. Hər bir ölkə vətəndaşı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına qoşularaq qələbəyə köklənib və Ordumuza dəstəyini göstərir. Xalq-ordu birliyi təm əminlik yaradır ki, qısa müddətdə işğal altındakı torpaqlarımız azad ediləcək və insanlar öz yurdlarına qayıdacaqlar”. Bunu SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Sona Həmidova deyib.
S.Həmidova bildirib ki, güclü və qüdrətli Azərbaycan ordusunun əks-həmləsi nəticəsində məğlub olan Paşinyan rejimi dinc əhalinin raket atəşinə tutmaqla bir daha öz acizliyini və qorxaqlığını nümayiş etdirir: “Bu günə qədər işğalçı Ermənistandan və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində 30 dinc sakin həlak olub, 200-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. İşğalçı Ermənistan əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasında kənarda yerləşən Gəncənin əhalisini atəşə tutur, Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə raket atır, Bakı-Tbilisi-Ceyhan neft kəmərini atəşə tutur, ümumilikdə 10-dan çox şəhərimizin, yüzlərlə kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması Paşinyan rejiminin insanlığa qarşı açıq cinayətlər törətdiyini göstərir. Döyüş meydanında uduzan düşmən dinc əhalini hədəfə almaqla yanaşı, yalan, dezinformasiya xarakterli məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa çalışır. Paşinyan rejimi gah Türkiyənin müharibəyə qatıldığını iddia edir, gah da Suriyadan döyüşçülərin Dağlıq Qarabağa gətirilərək Azərbaycan ordusunun sıralarında döyüşlərdə iştirak etdiklərini sərsəmləyirlər. Bu kimi gülünc iddialarla özlərini dünya ictimaiyyəti önündə rüsvay edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibəsində qeyd etdiyi kimi, “ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır”. Söz yox ki, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə eyni mövqedən çıxış edirlər. Tükiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan dəfələrlə Dağlıq Qarabağın işğalı ilə barışmayacaqlarını, işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxarılması üçün dost, qardaş Azərbaycana hər cür dəstəyi göstərəcəklərini bildirib”.
S.Həmidova onu da qeyd edib ki, cəbhədə ağır məğlubiyyətə uğrayan Ermənistan həm də dünya siyasətdə də Azərbaycana uduzur: “Nufuzlu beynəlxalq təşkilatlar, dünyanın əksər dövlətləri Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyirlər: “Dünya xalqları Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilirlər. Bu baxımdan da, Azərbaycan xalqına öz dəstəklərini göstərirlər ”.
S.Həmidovanın sözlərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın Cəbrayıl rayonunda dalğalanmasını təmin edən Azərbaycan ordusu Şuşada, Xankəndidə və digər işğal altında olan ərazilərimizdə də dalğalanmasını təmin edəcək: “Buna xalqımız inanır və bu ruha köklənib. Təbii ki, Azərbaycan ordusu işğal altında olan ərazilərimizin təmizlənməsinə qədər hərbi əməliyyatları davam etdirəcək. Bu isə daha çox erməni əsgərlərinin öldürülməsi və ömürlük əlil olması deməkdir. Çünki Azərbaycanın bütün addımları beynəlxalq hüquqa söykənir. Həm də bu, bizim haqq işimizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB