Ermənistanın Füzulidə atəşə tutduğu evlər: 3 mülki şəxs yaralanıb FOTO

Ermənistanın Füzulidə atəşə tutduğu evlər: 3 mülki şəxs yaralanıb FOTO

Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə tutulub. SİA-nın məlumatına görə, raket atəşi nəticəsində 3 nəfər mülki şəxs xəsarət alıb.

Bunlar Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğludur.

Raket atəşi nəticəsində rayonun Kərimbəyli, Babi, Şükürbəyli və Qarabağ kəndlərindəki evlərə külli miqdarda ziyan dəyib.

Həmin evlərdən görüntüləri sizə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə