Erməni anaları bu acınacaqlı vəziyyətdən nəticə çıxarsınlar QHT sədri
"Azərbaycan Ordusu ərazilərimizi işğaI edən Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlayıb. Şəxsən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev ərazilərimizin azadlığa çıxması ilə bağlı xalqımıza mütəmadi xoş xəbərlər verir. Prezidentin təbirincə desək, "Qarabağ Azərbaycandır və biz işğalda olan bütün ərazilərimizə bayrağımızı sancacağıq". Bütün dünya görür ki, işğalçı erməni əsgəri bizim haqqı bərpa edən müzəffər əsgərlərimizin hücumlarından qorxub hər şeylərini atıb qaçırlar. Onlar başqasının torpağında ölmək istəmirlər. Qoy erməni anaları bu acınacaqlı vəziyyətdən nəticə çıxarsınlar". Bu fikirləri SİA-ya açıqlamasında "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
QHT sədri erməni analarına müraciət edərək vurğulayıb ku, Azərbaycan Ordusu yurdlarını lap yaxın zamanlarda işğaldan tam azad edəcək. Müharibədə onların övladları heç bir zəfər qazanmadan bizim torpaqlarda öldürülür. Övladının öldürülməsini istəməyən ana işğalçı erməni hakimiyyətindən silahlılarını bizim ərazilərimizdən çıxarmağı tələb etsin: "Biz bütün beynəlxalq tələblərə rəğmən haqqın bərpası uğrunda döyüş meydanına atılmışıq. Prezidentimiz deyir ki, ölmək istəməyən erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bu sualın cavabını erməni əsgərinin valideynləri onları Qarabağda girov saxlayan öz hakimiyyətlərinə ünvanlamalıdır. Ermənilər əsgərlərinin əllərini-ayaqlarınl qandallayırlar ki, döyüşdən qaçmasınlar. Öz əsgərinə belə vəhşi davranış göstərən erməni rəhbərliyi birinci növbədə öz vətəndaşlarının düşmənidir. Bütün dünya bilir ki, Azərbaycan sülh tərəfdarıdır və 30 ildir sülhə nail olmağa çalışır. Birinci-vitse prezident Mehriban xanım Əliyeva hümanist düşüncəsi ilə həmişə regionda sülhü təbliğ edir. Təəssüf ki, işğalçı ölkəmizi müharibəyə sövq etdi, hazırda bəlasını çəkirlər".
M.Əmirhüseynova Azərbaycan qadını, bir ana olaraq, erməni analarına "övladlarınızı haqsız yerə aparılan müharibəyə göndərməyin" çağırışını bir daha təkrarlayaraq, ərazilərimizin tezliklə işğaldan azad ediləcəyinə bütün azərbaycanlıların əmin olduğunu bildirib, ermənilərin torpaqlarımızdan çıxmasının yeganə çıxış yolu olduğunu vurğulayıb: "Əks təqdirdə düşmən ordusu məhv ediləcək. Bu həqiqəti erməni xalqı nə qədər tez dərk etsə, o qədər az ziyan çəkər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB