Ermənistanın Lori vilayətində 39 nəfər dizenteriyaya yoluxub. SİA erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd olunub ki, oktyabrın 6-da 6 nəfər dizenteriya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oktyabrın 6-dan 8-dək daha 33 nəfərdə eyni xəstəlik aşkar edilib. Bütün xəstələr xəstəxanaya gətirilib.
Bütün yoluxanların eyni məhəllədə yaşadığı və eyni mənbədən sudan istifadə etdiyi məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB