Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub

Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub

Sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, indiyə qədər 31 dinc sakin həlak olub. Yaralanmış dinc sakinlərin sayı 154-dür.

928 ev, 133 mülki obyekt, 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə