Aİİ müəlliminin məqaləsi ərəb mətbuatında

Aİİ müəlliminin məqaləsi ərəb mətbuatında

Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı başlayan növbəti təxribatının qarşısı Şanlı Ordumuz tərəfindən qətiyyətlə alınır. Belə ki, ordumuzun əks-hücumu nəticəsində illərdir düşmən işğalında olan Qarabağ torpaqları qəhrəmancasına aparılan mübarizə nəticəsində geri qaytarılır. SİA-nın verdiyi məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri də Şanlı Ordumuzun qətiyyətli əks-hücumuna dəstək, erməni təxribatını, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə dünyanın müxtəlif mətbu orqanlarında məqalələrlə çıxış edir. Aİİ-nin İctimai fənlər və dillər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayevin məqaləsi İordaniya Haşimilər Krallığının geniş oxucu kütləsinə malik "Nayruz" Xəbər Agentliyində dərc olunub.

ətraflı: ➡️ https://bit.ly/2SBnKfu

Bütün xəbərlər Facebook səhifəmizdə