Prezident İlham Əliyev: “Biz öz torpaqlarımızı azad edirik”
Təəssüf ki, bu reallığı hələ də bu günə kimi “Human Rights Watch”, “Freedom House”, “Amnesty International” kimi, ermənipərəst dairələr tərəfindən maliyyələşən təşkilatlar anlamır. Və ikili standartlardan və böhtandan əl çəkmir, bu yalanları ilə ölkəmizin beynəlxalq aləmdəki reytinqinə xələl gətirmək və mənfi rəy formalaşdırmaq istəyirlər. Ancaq xəbis niyyətlərinə nail ola bilmirlər. İşğalçı Ermənistan ordusnun sentyabrın 27- dən başlayaraq genişmiqyaslı təxribatların qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınması və əks-hücumlar zamanı düşməni darmadağın etməsi, Güclü Azərbaycan Ordusnun və rəşadətli əsgərlərimizin şücaəti ilə bir- birinin ardınca qazandığı qələbələr, işğalda olan ərazilərimizin 27 ildən sonra azad edilməsi, görünür ermənipərəst dairələr tərəfindən maliyələşən "Amnesty International" təşkilatını da yandırıb-yaxıb. Lakin bu təşkilatlar bilməlidir ki, Azərbaycan öz torpağı uğrunda vuruşur, Vətən uğrunda vuruşur.
Prezident İlham Əliyev: “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr barədə danışarkən bildirmişdir ki, biz haqq yolunda vuruşuruq: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!” Dövlət başçısı etdiyi müraciətlərində dönə-dönə bildirir ki, ədaləti bərpa etməklə, ərazi bütövlüyümüzü bərpa edilir, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır",- deyən dövlət başçımız "Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bu təşkilatlar bir daha anlamalıdırlar ki, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır!
Bu qərəzli təşkilatların istəkləri də Ermənistannı baş naziri Paşinyan kimi məhvə düçar olacaq, qərəzli bəyanatlarını da bu gün ancaq özlərindən başqa eşidən olmayacaq da!. Çünki sentyabrın 27-dən Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi təxribatçı hərbi təcavüzünü və hərbi cinayətlərini dəstəkləyən dövlət və beynəlxalq təşkilatlar yalnız faşist xislətli olanlardır və bunu dünya dövlətləri də təsdiqləyir. Çünki Azərbaycan öz topağında vuruşur, erməni əsgəri isə başqa dövlətin toqrpağında.
“Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir: “Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır”.
Novella Cəfəroğlu: “Amnesty International" erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktlarını demir, erməni yaralanlarınnı dərdini çəkir”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu yenə də ermənipərəst beynəlxalq təşkilatların, o cümlədən “Amnesty International” erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktlarını görmədiyini, “ağa” “qara” deyərək təcavüzkar Ermənistanı müdafiə edərək sentyabrın 27-də başlanan müharibədə yenə də hədəf Azərbaycanı qınadığına münasibət bildirərkən deyib: “Bu təəccüb doğurmur. Xislətləri budur. Bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktları ilə bağlı məsələ qaldırmayıb. Mənim “Amnesty International”a bir neçə sualım var. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşüb Azərbaycanın digər yerlərinə pənah gətirməsi, onların təməl insan hüquqlarının pozulması məsələsi bir dəfə bu təşkilat tərəfindən qaldırılıb? İkincisi, "Amnesty International" BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən dörd qətnaməsini icra etmir. Bununla da faktiki olaraq BMT-ni saya salmır, onun qərarlarına tabe olmur. “Amnesty International” bir dəfə də olsun bununla bağlı Ermənistana çağırış edib?”.
N.Cəfəroğlu onu da bildirib ki, ermənilər Gəncə, Mingəçevir, Ağcabədi, Tərtər və digər şəhər və rayonlarda əhalinin sıx yaşadığı yerlərə raket və artilleriya zərbələri endirirlər: «Mülki insanlar həlak olur, yaralanır. Onların əmlakına külli miqdarda ziyan dəyir. Hətta Gəncədə yaşayan erməni əsilli bir qadın bu zərbələr nəticəsində yaralanıb. "Amnesty International" mülki insanların öldürülməsi məsələsini qaldırıb? Ermənistan monoetnik respublikadır. Azərbaycanlılar oradan zorla qovulub. Ancaq orada elə bir mühit mövcuddur ki, digər bütün xalqlar könüllü olaraq oranı tərk edib. Bu gün nəinki "Amnesty International", digər beynəlxalq təşkilatların da heç biri Azərbaycana bir söz deyə bilməz. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun hərəkət edir. Azərbaycan öz haqlı davasını aparır”.
Novella Cəfəroğlu qeyd edib ki, Azərbaycan Ermənistanın mülki insanların ölümünü istəmədiyini birmənalı şəkildə bəyan edib: "Ona görə də biz yavaş-yavaş hərəkət edirik. Dövlət başçımız da mülki insanlarla işimizin olmadığını, Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu birmənalı şəkildə bəyan edib. Bizim istəyimiz öz torpaqlarımızın bizə qaytarılmasıdır. Biz müharibəni öz torpaqlarımızda aparırıq. Ermənistan ərazisinə girmirik. Biz Ermənistana girmək istəsək, Naxçıvandan raket və artilleriya zərbələri ilə İrəvanı yerlə-yeksan edərik”.
Bir sözlə, bu ermənipərəst beynəlxalq təşkilatlar nə qədər qərəzli kampaniyalar aprarsalar da, Azərbaycan tez bir zamanda öz ərazi bütövlüyünü bərpa edəcək, azad olunan torpaqlarımızda üçrəngli Bayrağımız sancılacaq. Bunu həm erməni xalqı, həm də qərəzli beynəlxalq təşkilatlar anlamalıdır!
R.KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB