Gəncə yenidən hədəfə alındı - FOTO

Gəncə yenidən hədəfə alındı - FOTO

Erməni silahlı qüvvələri bu gün yenidən Gəncə şəhərini raket atəşinə tutub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu dəfə raket zərbələri gecə 2-3 radələrində atılıb. Nəticədə ərazidə olan kafe, mağaza və avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Bundan əlavə yaxınlıqdakı məktəb binası qismən yararsız hala düşüb. Xoşbəxtlikdən insan tələfatı və ya xəsarət alan yoxdur. Məlumat üçün bildirək ki, bu iki günlük fasilədən sonra Gəncə şəhərinə atılan növbəti raket zərbələridir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə