Neyrocərrahiyyə Xəstəxanasının həkimləri cəbhə bölgəsinə ezam olunub

Neyrocərrahiyyə Xəstəxanasının həkimləri cəbhə bölgəsinə ezam olunub

Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinin təşəbbüsü ilə xəstəxananın bir qrup həkimi cəbhə bölgəsinə ezam olunub.

Xəstəxanadan SİA-ya verilən məlumata görə, həkimlər cəbhə zonasındakı müxtəlif xəstəxana və hospitallarda əsgər və zabitlərin, eləcə də döyüş bölgəsinə yaxın ərazilərdə yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fəadakarlıq göstərirlər.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri bu şərəfli missiyanı işğal altında olan ərazilərimiz işğaldan tam azad olunanadək yerinə yetirəcəklər. Həmçinin, xəstəxananın əməkdaşları əməkhaqlarının müəyyən hissəsini Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yaradılmış Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edirlər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə