Zəfər tariximizin yazılacagı gün lap yaxındadır

Zəfər tariximizin yazılacagı gün lap yaxındadır

Bildiyimiz kimi, sentyabr ayının 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərə hücum edib. Ermənistan bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, qadınları və qocaları hədəfə alır. Hərbi təcavüz nəticəsində insan hüquqları kobudcasına pozulur və günahsız azərbaycanlının həyatına son qoyulur. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçılıq yolu ilə Qarabağa qarşı olan təcavüzkar siyasəti uzun müddətdir ki, davam edir. Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində, dövlətimizə külli miqdarda ziyan dəymişdir. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilmiş, sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Maddi-mədəniyyət nümunələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar və faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır. Bu gün də erməni işgalcılari mənfur siyasətlərini davam etdirir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olan və xəsarət alanlar var. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Əlbəttə ki, təcavüzkar Ermənistan öz ənənəvi siyasətini davam etdirir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak oldu. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəbli idi. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Yaxın tariximiz olan 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktının nəticəsi olaraq balaca Zəhranin həyatına son qoyması hər kəsin yaxşı xatirindədir. Həmin tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrini və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması çirkin siyasətin daha bir nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşışında ermənilərin təcavüzkar siyasəti ifşa edildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. Bu faciəli ölüm dünya ictimaiyyəti tərəfindən lənətləndi.

Qaniçən ermənilər yaşlılara, qadınlara və uşaqlara zərrə qədər belə mərhəmət etmədən əsl faşist simaların ortaya qoyublar. Məlumdur ki, ölkəmiiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səylər göstərdi. 24 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də "Əl-Ərəbiyə" televiziya kanalına verdiyi müsahibəsində vurguladigı kimi "Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idi". İndi düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz tariximizə yen zəfəflər yazr. Düşmənin kim oldugu özünü göstərir. Öz ərazisindən erməni təcavüzkarlarini cıxaran Azərbaycan ordusunun qarşısında məglub edillən erməni qorxaq, rəzil simasını təqdim edir. Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Digər ugurlarımız Azərbaycanin işgalda olan torpaqlarının tezlilə işgaldan azad ediləcəyinə əminlik yaradib. Tezliklə böyük qələbəmizi Şuşada qeyd edəcəyik. Ən əsası da insanlarda yekdil, yüksək əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən lap qisa zamanda azad ediləcək. Bu gün terrorçu Ermənistanın raket zərbələrinə məruz qalan cəbhəyanı bölgələrdə vətəndaşlarımız evlərini tərk etməyib. Qısa zamanda ordumuzun uğurlu əks-hücumu nəticəsində işğaldakı digər ərazilərimiz də azad ediləcək və zəfər tariximiz yazilacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə