Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu

Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu

Cəbhədə şiddətli döyüşlər davam edir. Bu barədə cəbhə bölgəsinə ezam olunmuş jurnalistlər xəbər verib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb.

Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır. Hazırda döyüşlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə