Gülnar Babuşova: “Həkim, Ulu Tanrının yer kürrəsində olan ən müqəddəs elçisidir”
Mənim doğulduğum və boya-başa çatdığım Qarabağda sentyabr ayının 27-dən başlayan Böyük Vətən Müharibəsi rəşadətli Azərbaycan ordusunun böyük igidliyi və şücaəti sayəsində döyüşlər uğurla davam eləyir. Artıq çoxlu kəndlərimiz və döyüş üçün uğurlu olan yüksəkliklər alınıb. Xalqımız bu qələbə ilə çox sevinir və bütün azərbaycanlılar da bununla fəxr duyur. Ordumuzun bütün əsgərlərinə can sağlığı arzu edirlər.
Bu Böyük Vətən Müharibəsində həkimlərimiz də COVİD-19 pandemiyası başlayan vaxtdan böyük rəşadət göstərdiyi kimi, indi onlar da öz sahələrinin əsgəri kimi müharibədə əllərindən gələni edirlər ki, yaralı əsgərlərimizi ölümün pəncəsindən alsınlar. Yaralanan mülki şəxslərə də əllərindən gələni edirlər. Bütövlükdə xalqımız ayaqda olduğu kimi, həkimlər də öz iş yerlərini səngər bilirlər. Bax bu, əsl milli birlikdir. Hansı ki, bu milli birliyi biz, uzun illərdir ki, gözləyirdik. Həkimlərin milli birliyi isə daha yüksəkdir. Öz iş yerini döyüş səngəri kimi bilən həkimlərimizdən biri də Ağdam rayon Mərkəzi Xəstəxanasının Quzanlı qəsəbəsində yerləşən xəstəxanasının həkimi Gülnar Sabir qızı Babuşovadır. Mən bir neçə gün bundan qabaq doğulduğum Ağdamdan qayıtmışam və oradakı həkimlərin hamısının yaralı əsgərlərimizə necə yüksək səviyyədə kömək etdiyinin də şahidi olmuşam. Gülnar həkim isə bu müqəddəs işdə daha böyük fədakarlıq göstərdiyinə görə çoxminli oxucularla onu daha yaxından tanış etmək istəyirəm. Onu da vurğulayım ki, Günlar həkimin sayəsində çoxlu onkoloji xəstələr sağalıb. Onlardan biri də mənim dayım qızı Lətifə Mahmud qızı Səlimovadır. Günlar Babuşova əslən Ağdərədəndir və doğulduğu Ağdərənin erməni gavurlarından tezliklə tam azad olacağı günü çox səbirsizliklə gözləyir. Qulağı səsdədir. Hətta ona bu xoş xəbəri gətirən adama muştuluq verəcəyini də deyir.
Gülnar həkimlə olan müsahibəni təqdim edirik:
Qısa arayış: Gülnar Sabir qızı Babuşova 1986-cı ildə Ağdərə rayonunda anadan olub. Qarabağ müharibəsi dövründə 1992-ci ildən müharibə vəziyyəti ilə əlaqədar ailəsi ilə birgə Mingəcevir səhərində məcburi köckun kimi məskunlaşıb. Həmin vaxtlar Gülnar usaq olsa da muharibə dönəmində əhalinin necə əzab -əziyyət cəkdiyinin, həkim çatışmazlığından onlarla usaqlarin, böyuklərin həyatını itirdiyinin uşaq yaddaşindan hec vaxt silinməz iz buraxdığını əbədi yaddaşına yazılıb. Elə o vaxtdan məqsədi həkim olmaqla cəbhə bölgəsində calışmaq, bu müqəddəs işlə vətəndaşlıq borcunu yerinə yetirirərək əhaliyə lazımi tibbi yardimi göstərmək olub. Bu yolda ona ən böyuk dəstək məhz valideynlərindən gəlib. Çünki onların da arzusu qızlarının həkim olması idi. Beləliklə, Gülnar, 2004-cü ildə orta məktəbi qirmizi attestatla bitirərək, Azərbaycan Dövlət Tibb Universitetinin mualicə işi fakültəsinə daxil olub. 2010-cu ildə universiteti bitirdikdən sonra öz istəyi ilə cəbhə bölgəsi olan Ağdama təyinatla həkim isləməyə göndərilib. Həyat yoldası, çox dəyərli ziyalı Nəriman Cəbrayılov da onun bu istəyini nəzərə alıb və onlar ailəvi olaraq yasadiqları Bakı səhərindən Ağdam rayon Quzanlı qəsəbəsinə köcüblər. Gülnar xanım 2011- ci ildən Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim qastroenteroloq vəzifəsində çalışır. O, burada birgə calısdığı peşəkar kollektivlə əhaliyə lazımı tibbi yardim göstərir. Buradakı həkimlərin çox böyük cəbakeşliyini mən də öz gözlərimlə gördüm. Və həkimlərimizə olan hörmətim bir daha artdı. Axı mən özüm də həkim ailəsində böyümüşəm. Anam, rəhmətlik Yetər Hüseynova, rəhmətlik qardaşım Namiq Hüseynov uzun illər həkim işləyiblər. Bacım Şəkər Hüseynova da 30 ildən çox tibb bacısı işləyib. Onlar həmişə uzun illər Ağdamda xəstələrin keşiyində layiqincə dayanıblar.
- Gülnar həkim, cəbhə bölgəsində işləmək, cavan xanım kimi sizə çətin deyilmi? Özü də Qarabağda Böyük Vətən Müharibəsi başladığı bir dövrdə yəqin işləriniz daha da çoxdur.
- Əslində mən bu müharibəni hələ uşaq olsam da 1992-ci ildən qaçqın düşdüyümüz bir vaxtdan gözləyirdim. Açığı artıq inamım itmişdi ki, işğal olunmuş torpaqlarımızı biz daha heç vaxt geri qaytara bilməyəcəyik. Şükür ki, artıq mənim arzularım da reallaşır. Əlbəttə, cəbhə bölgəsində çalısmağın çətinlikləri olsa da, xəstələrin sagalaraq, saglamlıqlarına qovusduğunu gördükdə həkim üçün hec bir çətinlik gözə görsənmir. Özü də indiki bir vaxtda, işğal olunmuş kəndlərimiz bir-bir geri qayıtdıqca, orada ucalan üçrəngi bayrağımızı gördükcə ürəyim dağa dönür. Artıq bu günlərdə bizim üçün vaxt söhbəti yoxdur. Demək olar ki, bütün günü işdə oluruq və yaralı əsgərlərimizə, mülki adamlarımıza nə lazımsa köməklik edirik. Tibbi yardım göstəririk. Mən öz isimi cox sevirəm. Hər bir xəstənin də tam sağalması üçün əlimdən gələni edirəm. Bu, mənim müqəddəs borcumdur.
- Gülnar həkim. Biz inanırıq ki, tezliklə Ağdərə də və bütövlükdə Qarabağ da erməni gavurlarından azad olacaq. Ağdərə azad olandan sonra siz ora qayıdacaqsınızmı?
- Əlbəttə, qayıdacam. Axı mən Ağdama ona görə işləməyə gəlmişəm ki, Ağdərənin nəfəsini, iyini Ağdamdan alım. İnandırıram sizi. Mən tez-tez Ağdərəni yuxularımda görürəm. Mənə elə gəlir ki, dünyada Ağdərə kimi gözəl yer yoxdur. Təkcə mən yox, bütün ağdərəlilər hamısı doğma yurda qayıdacalar. Hamı da həmin günü səbirsizliklə gözləyir. Bilirəm ki, orada bir həkim kimi mənim işlərim daha çox olacaq. Axı həkim, Ulu Tanrının yer kürrəsində olan ən müqəddəs elçisidir. Dahi Hippokrat da həkim haqqında görün necə gözəl bir fikir deyib: “ Həkim həmişə yadında saxlamalıdır ki, ona müraciət edən xəstə ondan ibarəli cümlələr, xəstəliklə bağlı uzun-uzadı mülahizələr yox, sağalmaqçün kömək gözləyir. Axı həkim, Allahın Yer üzərində ən təmiz, müqəddəs elçisidir. Əyninə geydiyi ağ xalat isə paklığın, təmizliyin rəmzidir. Həkim, hər əməlində təmiz olmalı və yeri gələndə ən qatı düşmənini belə sağaltmalıdır. Belə böyük ucalıq Ulu Tanrı tərəfindən yalnız və yalnız həkimə verilib. Xəstə dərmandan daha çox həkimin diqqətindən, xoş münasibətindən şəfa tapır”... Biz də burada dahi Hippokratın dediyi fikirləri reallaşdırırıq. Bu fikirlər indi, müharibə dövründə bizə daha çox lazımdır... İndi bizdən daha çox qətiyyətli olmaq və hər bir yaralı əsgərimizin, mülkü şəxsimizin həyatını geri qaytarmaq üçün əzrayılla döyüşməliyik. Əzrayıl da erməni gavurları ilə eyni qandan, eyni kökdəndir... Onların Allahı yoxdur.
Gülnar həkimin işləri çox olduğuna görə mən onunla müsahibəmi elə bu sözlərlə tamamladım. Və ona söz verdim ki, ikinci müsahibəmi onunla sağlıq olsun tezliklə Ağdərədə davam etdirəcəyik. Gəlin hamımız həmin günü səbirsizliklə gözləyək. Həmin xoş günlərə də çox az qalıb. Yaşasın Azərbaycanın rəşadətli ordusu və bütün bu müqəddəs işlərə böyük uğurla rəhbərlik eləyən Ali Baş Komandanımız cənab İlham Əliyev. Bəli. Əziz xalqımız biz, tezliklə Xankəndində, Şuşada və bütövlükdə üçrəngli bayrağımızın dalğalandığı günləri görəcəyik. Həmin günlərə də az qalıb. Lap az qalıb...
Azadə MƏHƏMMƏDQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB