Həqiqət axtarışı - MƏQALƏ

“Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

HEYDƏR ƏLİYEV

Müstəqil Azərbaycanımızın zəfər səlnaməsinə qızıl həriflərlə yazılan bu tarixlər bizim hər birimizin yaddaşına əbədi həkk olunacaq. 1991-ci il. Yenicə müstəqillik əldə edən dövlətimiz elə beşiyindəcə boğulmaq təhlükəsi ilə üzləşmişdir. Xaos, hərcmərclik, özbaşınalıq heç bir dayağı olmayan dövlətimizin məhv olmaq təhlükəsini reallaşdırmışdır. Müstəqil Azərbaycanımızın bu təhlükədən xilas olması Ulu Tanrının izni ilə Heydər Əliyevə qismət oldu. Ona görə ki, Heydər Əliyev 17 yaşından həqiqət axtarışı yolunu seçmişdir və uzun müddət bu yolu tək qət etmişdir. Bu yolda çox saylı manelərə mərdliyi, savadı, xalqına olan dərin sevgisi, səbrliliyi və s. xüsusiyyətlərin onda maksimum olması ilə qalib gəlmişdir. Ulu Öndərimiz Heydər Əliyev M.Ə.Rəsulzadənin də arzuladığı, lakin müxtəlif səbəblərdən qoruya bilmədiyi Müstəqil Azərbaycanımızı qorudu, bütün dünyaya tanıtdı, yarım əsrdən çox getdiyi yollarda, işlədiyi vəzifələrdə bir anda həqiqət axtarışı ondan uzaq olmadı. Hətta onuda fikirləşdi ki, ömür vəfa etməsə onun arzularını həyata keçirə bilən bir şəxsiyyət yetişdirsin. O qədər məsul və çətin vəzifələrdə işləyən bir adam, onada vaxt tapıb və Müstəqil Azərbaycanımızın daha da möhkəmləndirilməsi istiqamətində arzularını həyata keçirilməsini yerinə yetirə bilən şəxsiyyəti İlham Əliyevi boya-başa çatdırdı və Müstəqil Azərbaycanımızı ona etibar etdi.

Eyni zamanda Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da o mühitdə daha da püxtələşdi, yalniz irəli, Ulu Öndərin ideyalarıni səbrlə, təmkinlə həyata keçirmək yolunu tutaraq xalqımızın ən böyük problemi olan Qarabağımızin işğal altında olan ərazilərini murdar, nankor, satqın və yaltaq məxluqlardan təmizləmək istiqamətində əl-ələ verib mübarizəni ön plana çəkiblər və dünya miqyasında əsil həqiqətləri müxtəlif xalqların sülhsevər və sağlam düşüngəli insanlarına subutlarla vaxtaşırı bəyan ediblər. Ona görə də Azərbaycanımızın sülhsevərliyi, qonaqpərvərliyi ən əsasıda qonşularla insani münasibətləri dünya miqyasında müsbət qarşılanır.

Əfsuslar olsun ki, əzəli Rəvan xanlığı kimi tanınan Azərbaycana pis əməllərinə və pis xüsusiyyətlərinə görə olduqları yerlərdən qolduqda ermənilər İRƏVAN xanlığında məskunlaşmışdırlar. Elə o vaxtdan Azərbaycanın dilbər güşələrini seçərək daim özününküləşdirmə prinsipi ilə hərəkət etmişlər. Çox vaxtda buna saf insaları aldatmaqla və yaltaqlıqla nail olmuşlar. Tarixi adları belə dəyişməklə öz mürdar xüsusiyyətlərini sübuta yetirməyə çalışıblar. Amma, haqq nazilər, üzülməz! İnsanpərvər və qonaqpərvər azərbaycanlılar, onların törətdiyi qeyri insani əməllərinə səbrlə dözüblər. Onlar isə öz murdar xislətlərindən nəinki əl çəkiblər, hətta daha da genişləndiriblər və bu günün probleminin yaranmasına bais olublar. Bir sözlə xalqımız bu problemin həllində çox səbrlə hərəkət edib. Problemin həllinin ən düzgun yolunu Ulu Öndərin davamçıları seçiblər. Həyata keçirdikləri layihələrlə Azərbaycanımızı dünyaya tanıdıblar. Ölkəmizin istər iqtisadi, istər mədəni, istərsə də digər sahələrdə əldə olunmuş möhtəşəm nailiyyətləri göz qabağındadır. Müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə mövqeyinin güclənməsi vətənpərvər insanların qürur mənbəyinə çevrilməsinə səbəb olmuşdur.

Bütün dünya bu gün başa düşür ki, bizim yolumuz haqq yoludur. Onlar özləri də bunu yaxşı bilir, amma kökləri olmayan bir xalq kimi harda onlara üz veriblər oranı özəlləşdiriblər. Bu xüsusiyyət onların qanındadır və bunu hami bilir və sübutlarda çoxdur. Bunu sarsaq Nikol öz dili ilə də təsdiqlədi. “Yeni ərazilər uğrunda yeni mübarizəyə başlayacağıq” deyərək siyasət aləmində piyada olduğunu təsdiqlədi. Əfsuslar olsun ki, ATƏT-in Minsk Qrupu bu cür sarsaq sayıqlamalara laqeyd yanaşdı. 30 ildir biz haqqı-ədaləti gözləyirdik. Amma bu günki AZƏRBAYCAN, Memarı Ulu Öndər olan və onun məktəbinin əlaçı məzunları olan İlham və Mehriban Əliyevlərin misilsiz zəhmətləri hesabına möhkəmlənən və dünyada taninan AZƏRBAYCANDIR!

Düzdür, bu uğurları görən və həzm etməyənlər də var, həm daxildə, həm də xaricdə. Azərbaycanımızin xoşbəxtliyinə xələl gətirənlərin və bu yolda alaq otu kimi görünənlərin aqibəti peşmançılıqla bitir. Özləri özlərini Allahın izni ilə məhvə yönəldirlər, ona görəki, haqq yolundan azmışlardır. Bizim mübarizəmiz haqq uğrundadır. 30 ildir ki, işğal altında inildəyən torpaqlarımız öz yiyəsinin yolunu gözləyir. Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclasda dünya ictimayətinə Ermənistanın gözlənilən təxribatları barədə ətraflı məlumatları çatdırdı və bir daha bildirdi ki, BMT-nin və digər beynəlxalq təşkilatlarin qətnamələrini Ermənistan saya salmır yeni ərazilərimizi tutmaq iştahası ilə 27 sentyabr səhər saat 6 radələrində atəşkəsi pozaraq öz torpağımızda mulki insanlara qarşı atdığı addımlar Azərbaycan xalqının səbr kasasının dolub daşmasına səbəb oldu. Nəticədə Nikol xalqını geniş miqyaslı qanlı savaşa sürüklədi.

Sentyabrın 29-da “Rossiya–1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında onunla müqayisə belə olunmaz prezidentimiz İlham Əliyev cənabları Nikolu darmadağın etdi. Onun iç üzünü açdi. Dünya onun bir daha gülünc vəziyyətə düşməyini gördü. Özünə hörmət eyləyən dövlət başçıları onu gərək heç yaxına buraxmasınlar, ona görə ki, Nikol yalançı və yaltaq kimi özunu dunya miqyasında məşhurlaşdırıb. Azərbaycanımızın dilbər güşəsi olan Pənahabadda (Şuşada) şənliklər təşkil etməsi, yallı getməsi onun səviyyəsini bir daha təsdiqlədi və bu oyun ona çox baha başa gəldi. Bundan sonra Nikol bunları yuxuda görər inşallah. Yeri gəlmişkən qeyd etməyi özümə borc bilirəm ki, bu qədim diyarın tarixi şox qədimdir, 1750-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir bu diyarda çox mühüm hərbi strateji mövqeni nəzərə alaraq ətrafda müdafiə divarı çəkdirmişdir və abadlaşma işləri aparmışdır. Qarabağ xalığının mərkəzi olan bu diyar Pənahəli xanın şərəfinə Pənahabad adlandırılmışdır. O vaxtlar Azərbaycanın heç bir bölgəsində bir nəfərdə olsun erməni olmamışdlr. Təxmimən 100 il sonra İrandan qovulan ermənilər Naxçıvana və Qarabağa yerləşdirilmişdir. Ədəbiyyatda rast gəldiyim məlumatlarda qeyd olunur ki, XVIII əsrin ikinci yarısından sonra Pənahabadın əhalisi sürətlə artmışdır... və yeni-yeni məhəllər salınmışdır. Bu məhəllərin adlarıda diqqəti çəkir, məsələn başmaqçı, dəmirçi, papaqçı, boyaqçı və s. Ehtimal olunur ki, bu məhəllələr birləşib kəndə (Şuşa kəndinə) çevrilib. Ondan sonra Pənahabad da olub Şuşa. Mən tarixçi deyiləm, amma bu məsələ məni çox düşündürür. Yaxşı olardı ki, tarixçilərimiz bu məsələyə diqqət yetirəydilər. Bəzi mənbələrdə başqa cür mülahizələrədə rast gəlmək olur. Amma onlar sonradan deyilən mülahizələrdir və orada da erməni izləri hiss olunun. Necə ki, yeni ad qoymalarda Naxçvandada belə hallara rast gəlmək olur. Xankəndi Stepanakert (Stepan Şamuyanın "şərəf"inə) adlandırılıb.

Allah Prezidentimizə və əsgərlərimizə kömək olsun. Bu haqq-ədalət mübarizəmizdə qalib olaq, həqiqətləri üzə çıxaraq. Onda şəhidlərimizin də, Ulu Öndərimizin də ruhu şad olar.

Azərbaycan öz əzəli torpaqlarının qaytarılmasında bütün dünyaya örnək olacaq. Bizim həqiqi mübarizəmiz hər hansı bir ölkədə ermənilər kimi işğalçılara dərs olacaq. Dünya miqyasında işğalçıları öz yerində oturtmaq vaxtı çatıb.

Müstəqil Azərbaycanımızda işğalçıları lənətləyənlərdən olacaq həmişə!

Arzu edirəmki, yaxın gələcəkdə Şuşa Pənahabad, Stepanakert İlhamabad adı ilə adlandırilsın. Həqiqət öz yerini tapsın. 2020-ci ildə tariximizə qızıl hərflərlə həkk olunsun.

Tamilla Naibova,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti,
Kimya üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə