Fəlsəfə və Sosiologiya İnstitutu Ali Baş Komandanın cağırışlarına hazırdır!

Fəlsəfə və Sosiologiya İnstitutu Ali Baş Komandanın cağırışlarına hazırdır!

"AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Ali Baş Komandanın cağırışlarına hazırdır". Bu, cümlə İnstitut alimlərinin Prezidentə ünvanlanan məktubundandır. SİA həmin məktubu təqdim edir:

Möhtərəm Ali Baş Komandan!

Azərbaycan xalqı öz qəhrəmanlıq tarixinin müasir mərhələsini yazmaqdadır. Bu mühüm tarixi fürsət Sizin –Azərbaycan xalqının güvənc və fəxr yeri olan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın azad olunması kimi şərəfli missiyanı həyata kecirir. Bugünkü Vətən təəssübkeşliyiniz, onun and yerimizə cevrilməsi və bölünməzliyi uğrunda onilliklər boyu gərgin siyasi mübarizəniz tariximizin şanlı səhifəsidir. Fəxrlə deyə bilərik ki, bu iradə hər birimizin bir amal, bir məqsəd, bir ideya ətrafinda sarsılmaz birliyini yaratmışdır. Odur ki, milli təəsübkeşliyinizin və planetar təfəkkürünüzun uğurlu nəticələrini sosial mənsubiyyətindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı dərk edir, özünün mübarizə yoluna cevirir. Bu gün Vətən uğrunda mübarizədə umumxalq izdihamı da xalqla-siyasi lider birliyinin təzahürüdür.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun coxsaylı ziyalı kollektivi hər zaman Sizin ideyalarınızdan irəli gələn vəzifələrin yerinə yetirilməsini məqsəd olaraq qarşıya qoymuş, bu gün də öz potensialıni səfərbər edərək Ali Baş Komandanın bütün cağırışlarına hazırdır!!!

Qarabağa aparan yolu Sizinlə getdiyimiz üçün qürur duyuruq!

QARABAĞ AZƏRBAYCANDIR!

Bütün xəbərlər Facebook səhifəmizdə