Permdə yaşayan həmyerlimiz Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat köçürüb
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi,varını yurdu üçün əsirgəməyən İlham Xalıqov da məhz belə insanlardan biridir. SİA-nın məlumatına görə, İlham Allahverdi oğlu Xalıqov gözəl diyarımız Lerik rayonunun Pirasora kəndində anadan olub, boya-başa çatıb. Rusiyanın Perm şəhərində biznes fəaliyyəti ilə məşğul olaraq böyük uğurlar qazanıb. Lakin doğma yurdunu heç vaxt unutmayıb. Ehtiyacı olanlara daim əl tutub. Bu gün torpaqlarımızın azad olunması uğrundamüqəddəs müharibənin getdiyi bir vaxtda İlham kənarda qala bilməzdi. O, nümunəvi addım ataraq Milli Ordumuza yardım Fonduna 200 min (ikiyüz min) manat vəsait köçürüb.

Bununla o, Vətəni Azərbaycanı nə qədər çox sevdiyini bir daha əyanı şəkildə göstərib. Biz də öz növbəmizdə həmyerlimiz, xeyirxah ürək sahibi, vətənpərvər insan İlham Xalıqova can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq! Qarabağ Azərbaycandır!

Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB