Ermənistan öz məğlubiyyətini belə ört-basdır edir

Ermənistan öz məğlubiyyətini belə ört-basdır edir

Ermənistan qoşunları öz məğlubiyyətini taktiki geri çəkilmə ilə ört-basdır edir. Bunu Türkiyə hökumətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, “taktiki geri çəkilmə” Ermənistanın işğal etdiyi ərazilərdə əks-hücumu davam etdirən Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüş meydanında məğlubiyyətin etiraf olunması deməkdir: “Taktiki geri çəkilmə barədə açıqlama Ermənistanın daxili auditoriyasına hesablanıb”.

Qeyd olunub ki, özünə hörmət edən ölkələr Azərbaycanı dəstəkləməlidir, çünki hərbi əməliyyatlar bu ölkənin ərazisində gedir: “Azərbaycan şəhərlərini atəşə tutan Ermənistan qoşunlarından fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri öz ərazilərini işğaldan azad edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə