Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı və D-20 artilleriya qurğuları məhv edilib

Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı və D-20 artilleriya qurğuları məhv edilib

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı sıradan çıxarılıb.

SİA xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.

41-ci artilleriya alayının atəş mövqelərində dayanan “Qrad”lar Azərbaycan Ordusunun atəş zərbəsi ilə məhv edilib.

Bundan əlavə, 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə