Dövlət Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev koronavirusun təsirləri ilə bağlı bildirib: “Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır. Hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir”. Böyük rus yazıçısı Fyodor Dostoyevski deyirdi ki, “Hər bir insan bütün insanlar və hər şey üçün məsuliyyət daşıyır".
Bəli, bu gün hər birimiz ölkəmizin təhlükəli virusla mübarizə apardığı bir zamanda vətəndaş məsuliyyətini dərk edərək, xüsusi karantin qaydalarına əməl etməliyik. Çünki hər kəs anlamalıdır ki, ölkəmizdə bir tərəfdən Vətən müharibəsi, o biri təfədən də gözəgörünməz müharibə. Hər ikisində hər bir kəs qanuna əməl etməlidir. Çünki bu gün həm karantin rejiminin qaydalarına əməl olunmalı, həm də müharibənin qanunlarına - komintant qaydalarına əməl olunmalıdır. Hər ikisi məsuliyyət tələb edən faktordur. Çünki dövlət üzərinə düşən vəzifələri hər iki məqamda yüksək səviyyədə yerinə yetirir, xalqımız da üzərlərinə düşən məsuliyyəti dərk etməli, Azərbaycanın virusla mübarizədən az itkilərlə çıxması üçün tövsiyə edilən qaydalara əməl etməliyik.
“Biz birlikdə güclüyük!” şüarı ilə görünməmiş nailiyyətlər…
Bir sözlə, ən əsas məqamı diqqətə almalıyıq ki, dünya ikinci dalğaya hazırlaşdığı və ölkəmizdə Vətən Müharibəsi getdiyi bir zamanda bütün Azərbaycan vətəndaşları xalq-iqtidar birliyinin olması vacib amildir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan daha az itki ilə çıxması, həmçinin ölkəmizdə sentyabrın 27-dən başlanan Vətən Müharibəsində əldə olunan və dünya tarixində görünməmiş tarixi nailiyyətlər məhz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını “Biz birlikdə güclüyük!” çağırışının və xalq-iqtidar birliyinin nəticəsidir. İnanırıq ki, Azərbaycan tezliklə hər iki savaşdan da qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.
Çünki Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.
“Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir”
Azərbaycan Prezidenti işğalçı Ermənistanın istər pandemiya zamanı, istərsə də Azərbaycana qarşı təxribatlarının Ermənistanın dünyadan təcrid edilməklə yanaşı işğalçı ölkənin bir daha təcavüzkar olduğunu sübut etdiyini bildirib. Prezident İlham Əliyev Ermənistanın dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biri olduğunu deyərək özləri də etiraf edirdilər ki, bu pandemiya ilə bacarmırlar: «İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücuma keçsələr də bu gün də işğalçı ölkə Azərbaycan Prezidenti, Silahlar Qüvvələrin Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücum əməliyyatları nəticəsində düşmənə sarsıdıcı zərbələr endirməklə bir daha yerini göstərməkdədir. Azərbaycan Prezidenti xalqa müraciətində də bunu bir daha bildirmişdi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bir sözlə, dövlət başçımızın dediyi kimi: "Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB