Rusiya Azərbaycanlıları bəyanat yayıb

Rusiya Azərbaycanlıları bəyanat yayıb

Rusiya Azərbaycanlılarının Regionlararsı Assosiasiyası (MAAR), Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti Azərbaycanın Tərtər və Füzuli rayonları, Gəncə və Mİngəçevir şəhərlərinin Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc mülki əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb. SİA-nın xəbərinə görə, bəyanatlarda Ermənistanın 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğu bildirilib.

Rusiya və dünya ictimaiyyəti Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə düzgün hüquqi qiymət verməyə çağırılıb.

Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyəti (FNCA AzerRos) Rusiyada yaşayan soydaşlarımızı təmkinli olmağa, təxribatlara uymamağa çağırır.

Bəyanatların tam mətni bu linkdə:

http://maar85.ru/slider/313-zayavlenie-konsultativnogo-soveta-mezhregionalnoy-associacii-azerbaydzhancev-rossii.html

ttp://fnkaa.ru/zayavlenie-fnka-azerros-v-svyazi-s-obstrelom-grazhdanskogo-naseleniya-i-obektov-gorodov-azerbajdzhana/

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə