Erməni təxribatları Gəncə sakinlərini qorxutmur, şəhərdən FOTOLAR

Erməni təxribatları Gəncə sakinlərini qorxutmur, şəhərdən  FOTOLAR

Emənistan silahlı qüvvələri iki gündür Gəncəni raket atəşinə tutsa da, şəhərdə əhalinin əhval-ruhiyyəsi yüksəkdir.

Gəncə şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, ermənilərin atdıqları raket zərbələri nəticəsində ölən və yaralananlar olsa da, şəhərdə həyat öz axarı ilə davam edir: "Əhalidə yüksək əhval-ruhiyyə var, Azərbaycan Ordusuna böyük inam var. Hazırda şəhərdə əhali şəxsi avtomobillərində Azərbaycan bayrağı nümayiş etdirir, Ordumuzun qələbəsini böyük sevinclə alqışlayırlar. İnsanlar hətta əllərində bayraq küçələrdə gəzir, Gəncə əhalisi anlayır ki, bu ermənilərin təxribatlarıdır və Azərbaycan Ordusu bu təxribatların qarşısını layiqincə alır. Əhali əmindir ki, Azərbaycan Silahlı Qüvvələri yaxın günlərdə Azərbaycanın işğal altındakı ərazilərini düşmən tapdağından tam azad edəcək və orada Azərbaycan bayrağı dalğalanacaq. Erməni təxribatları Gəncə sakinlərini qorxutmur".

Bütün xəbərlər Facebook səhifəmizdə