Deputat Ali Baş Komandanı təbrik etdi

Deputat Ali Baş Komandanı təbrik etdi

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Təcəvüzkar Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları uğurla davam edir. Şanlı Ordumuz Cəbrayıl şəhəri başda olmaqla artıq işğal altında olan 24 qəsəbə və kəndlərimizi işğaldan azad etmiş, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəklikləri ələ keçirmişdir. Əks-hücum əməliyyatları zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilmişdir. Əldə olunan bu qələbələr münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını təbrik edir, onun rəhbərliyi ilə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda mübarizə aparan rəşadətli, qəhrəman Ordumuza yeni-yeni qələbələr arzu edirəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Deputat bildirib ki, düşmən ən müasir silahlarla təchiz olunmuş qəhrəman Azərbaycan Ordusu qarşısında davam gətirə bilmir: "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nətiəsində Azərbaycanda bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yüksək nəticələr əldə olunmuşdur. Azərbaycan Ordusu hazırda dünyanın ən qabaqcıl 50 ordu sırasındadır. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Gərgin döyüşlər gedir. Rəşadətli Ordumuz yüksək ruh yüksəkliyi ilə, işğal altında olan torpaqlarımızı azad etmək üçün qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla və qəhrəmanlıq nümunələri göstərərək yerinə yetirirlər. Bu qələbələr bizim torpaqlarımızı tam azad edənədək gedən yolumuzda əldə etdiyimiz ilk qələbələrdir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndində, Şuşada və Qarabağın işğaldan azad olunan digər yaşayış məntəqələrində dalğalanacaq. Bu şərəfli vəzifənin yerinə yetirilməsində qəhrəman Azərbaycan Ordusuna uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə