Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin atəşə tutulması müharibə cinayətidir Hikmət Hacıyev

Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin atəşə tutulması müharibə cinayətidir Hikmət Hacıyev

Azərbaycannın mülki əhalisinin və mülki obyektlərin Ermənistan tərəfindən atəşə tutulması müharibə cinayətidir.

SİA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfi əslinə öz acizliyini və zəifliyini göstərir. O bildirib ki, Azərbaycan ordusu qarşısında aciz qalan Ermənisan xaincəsinə mülki əhalini atəşə tutur.

PA rəsmisi bildirib ki, Ermənistan mülki əhalini Ermənistanın öz ərazisində də atəşə tutur. H.Hacıyev bildirib ki, burada Ermənistanın məqsədi münaqiənin miqyasını genişləndirmək və digər beynəlxalq təşkilatları da münaqişəyə cəlb etməkdir. O bildirib ki, Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verir və onların hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edilir.

H.Hacıyev əlavə edib ki, ermənilər xarici jurnalistlərə yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: "Onlar bununla heç nəyə nail ola bilməyəcək. Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər biz mübarizəmizi davam etdirəcəyik".
H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə