Heydər Əliyev Mərkəzinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Heydər Əliyev Mərkəzinin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Heydər Əliyev Mərkəzinin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə