“Jurnalistlər üçün hüququ terminlər lüğəti” kitabının təqdimatı keçirilib
Bu gün "Jurnalistlər üçün hüququ terminlər lüğəti" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Bakı şəhər Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin rəis müavini Eldar Sultanov bildirib ki, demokratik cəmiyyətin əsas göstəricisi sayılan söz azadlığının yaradılması daima dövlətimizin diqqətində olub: "Kitabın I nəşrindən fərqli olaraq bu buraxılışda Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış, Cinayət Məcəlləsi və digər aktlar barədə məlumat verilib. Hüquq mövzusunda yazan jurnalistlər üçün bu kitab xüsusi önəm daşıyacaq".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, gələn həftədən etibarən bu kitab bütün redaksiyalara paylanılacaq: "Hüquqi mövzuların işıqlandırılması Azərbaycan jurnalistləri üçün prioritet yaradıcılıq istiqamətlərində onların çoxu istər kriminal olayların, istərsə də ekstremal hadisə və proseslərin işıqlandırılmasına maraq göstərir, qələmini bu yöndə sınamağa can atırlar. Müsbət nəticələr əldə edən, peşəkar yaradıcılıqlarını hüquqi məsələlərin cəmiyyətə çatdırılması üzərində quran ixtisaslaşan jurnalistlərimiz az deyil. Lakin medianın digər sahələri kimi burada da çatışmazlıqlar özünü qabarıq göstərməkdədir. Bu səbəbdən də bu kimi kitabların çap olunması gündəmdə olan əsas məsələdir".
Tədbirin davamında çıxış edən Azərbaycan Jurnalistləri Konfederasiyasının rəhbəri Əli Hüseynli vurğulayıb ki, terminlərin düzgün işlədilməsində kitabın əvəzsiz xidmətləri olacaq: "Jurnalistlərin hüquq mövzusunda yazdıqları məqalələri diqqətlə oxuyuram, ancaq bir sıra səhvlərlə qarşılaşıram. Cəmiyyətin indiki inkişaf mərhələsində bu kitabın təqdimatı zəruridir".
Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycanda demokratik və müstəqil mətbuatın formalaşması daim ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin diqqətində olub: "Hazırda Azərbaycanda 4500-ə yaxın kütləvi informasiya vasitələri mövcuddur ki, onların da bir çoxunu agentliklər təşkil edir. Azərbaycan mediasında bir sıra problemlər var ki, bu kitab həmin problemlərin bir qismini aradan qaldıracaq".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında bildirib ki, bu kitabda lüğətin deyil, kitabın içərisində olan Azərbaycan Respublikasının konstitusiyasından olan çıxarışlar və digər aktların olması jurnalistlər üçün daha vacibdir: "Peşəkar fəaliyyəti dövründə hər hansı bir terminlərdə səhv edən jurnalistlər üçün bu kitab əsas vasitədir".
Qeyd edək ki, kitab "Hüquq ədəbiyyatı" nəşriyyatında çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB