Hazırda düşmən kəndlərimizi atəşə tutur MN

Hazırda düşmən kəndlərimizi atəşə tutur MN

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə