Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait AÇIQLANIB
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 1-dək 120 milyon 106 min 408,24 manat, 218 min 680,68 dollar, 18 min 341 avro və 5 min rubl vəsait daxil olub.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593,07 manat və 5102.8 dollar vəsait daxil olub.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB