Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın nüfuzlu telekanallarına müsahibələr verib

Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın nüfuzlu telekanallarına müsahibələr verib

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı ilə bağlı 29 sentyabr 2020-ci il tarixində ABŞ-ın "Current Time TV" kanalına, 30 sentyabr tarixində isə "ABC News", "NBC News" və "Fox News" kanallarına müsahibələr verib.

Los Ancelesdəki Baş Konsulluqdan SİA-ya verilən məlumata görə, müsahibələrdə N.Ağayev Ermənistanın 27 sentyabrdan başlayaraq ölkəmizə qarşı növbəti hərbi təxribatı və hücumları, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini qəsdən hədəf alması, bu təxribatın nəticələri və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi haqda ətraflı məlumat verib. Baş konsul bildirib ki, Azərbaycan sülh istəyir, ancaq sülh yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasından sonra mümkün ola bilər.

Baş Konsulluq Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini intensiv şəkildə davam etdirir

Müsahibələrdən bəzilərini burada izləmək mümkündür: https://www.nbclosangeles.com/news/local/immediate-ceasefire-called-over-armenia-azerbaijan-territory-dispute/2437464/

https://youtu.be/R42Wsjz5_mM

Bütün xəbərlər Facebook səhifəmizdə