Əfqanıstanın “ASAN Khedmat” qurumundan Azərbaycana dəstək

Əfqanıstanın “ASAN Khedmat” qurumundan Azərbaycana dəstək

Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”

Twit “Afghanistan_AsanKhedmat_Stands_By_Azerbaijan”, “AzerbaijanIsNotAlone”, “KarabakhisAzerbaijan”, “StopArmenianAgression” həştəqləri ilə paylaşılıb.

Qeyd edək ki, Əfqanıstanın “ASAN Khedmat” qurumu 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modeli əsasında təsis olunub. Əfqanıstanda ilk “ASAN Khedmat” mərkəzi 2019-cu il 2 yanvar tarixində paytaxt Kabil şəhərində fəaliyyətə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə