AAF-dan Milli Orduya dəstək: “Pikap" tipli avtomobillər təqdim edildi
Azərbaycan Avtomobil Federasiyası Ermənistanın sentyabrın 27-dən başlayan təxribatlarına qarşı hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna, ərazilərimizin bütövlüyü uğrunda döyüşən hərbçilərimizə dəstək məqsədi ilə ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “pikap” tipli avtomobillər təqdim edib. Federasiyadan SİA-ya bildirilib ki, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinə, eləcə də düşmənə qarşı son günlər aparılan uğurlu hərbi əməliyyarlara töhvə vermək üçün 10 ədəd “pikap” tipli avtomobil ön cəbhədə yolsuzluq şəraitində istifadə məqsədi ilə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB