Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində

Xalq, dövlət və ordu birliyinin gücü reklam lövhələrində

Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir.

Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları ilə yayımlanan plakatların hazırlanmasında və yaymlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə