Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Azərbaycan Ordusuna dəstək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sentyabrın 27-də Ermənistanın həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatlarının işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnəcəyinə əminliyini ifadə edir. SİA-nın məlumatına görə, Azərbaycanın Şanlı Ordusunun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə əməkhaqqılarının bir hissəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.
Azərbaycanın tarix yazdığı bu günlərdə Mərkəzin üzvləri Ermənistan Respublikasının təcavüzkarlıq aktı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və öz ətrafından beynəlxalq nüfuzlu dünya liderlərini birləşdirən təşkilatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB