Abel Məhərrəmov: "Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi ölkəmizdə aparılan islahatların vacib tərkib hissəsidir"

Abel Məhərrəmov: "Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi ölkəmizdə aparılan islahatların vacib tərkib hissəsidir"
"Hazırda təhsil sahəsində ciddi islahatlar gedir. Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də aparılan böyük islahatın vacib tərkib hissəsidir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov deyib. A.Məhərrəmov bildirib ki, indiki şəraitdə ziyalılar məsələ ilə bağlı müvafiq təkliflərini verməkdədir. Onun fikrincə, bu proses mərhələlərlə həyata keçiriləcək.

"Pensiya yaşına çatmış müəllimlər bu gün təqaüdə çıxmırlar. Bunun səbəbi isə təqaüdün azlığıdır. Dövlət qulluqçusu olanda isə pensiya təminatı da yüksək olur. Bu islahatın həyata keçirilməsində əsas məqsədlərdən biri də müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun"- deyə akademik vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə