Erməni faşizmi davam edir - Arayatlı kəndində evlərə ciddi ziyan dəyib - FOTO

Erməni təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəf alan düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, atılan mərmilər nəticəsində bir neçə evə ziyan dəyib.

Kənd sakini Vüqar Xudiyev bildirib ki, düşmən tərəfindən atılan mərmi həyətinə düşüb. Evin damı, divarları, həmçinin həyətdə olan traktor, su boruları yararsız vəziyyətə düşüb.

Həmçinin erməni faşistləri Füzulidə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsini də hədəf alıb. Türbəyə ciddi ziyan dəyib. Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə