Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə hər zaman qayğı ilə yanaşılır, karantin şəraitində videoformatda qəbul davam etdirilir. SİA-nın xəbərinə görə, Ədliyyə naziri Fikrət Məmmədov Şəmkir və Lənkəran regional ədliyyə idarələri vasitəsilə müraciət etmiş ətraf rayonlarda yaşayan vətəndaşların videokonfrans formatında qəbulunu keçirib, ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə təxirəsalınmadan zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı nazir cəbhə xəttində yerləşən rayonların sakinlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə Qələbəyə doğru inamla irəliləyən Ordumuza tam güvəndiklərini, böyük ruh yüksəkliyi ilə dövlət başçısının ətrafında sıx birləşdiklərini vurğulayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə