HERMES FİNANCE lizinq şirkəti Silahlı Qüvvələrin Yardım Fonduna 5 min manat vəsait köçürüb

Düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Ordumuza fəaliyyət istiqamətindən asılı olmayaraq hər bir fiziki və hüquqi şəxs maksimum dəstək olmağa çalışır.

HERMES FİNANCE lizinq şirkəti də öz növbəsində Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 5 min manat vəsait köçürüb.

Nəzərinizə çatdıraq ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllü şəkildə daxil olan vəsaitlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə