Niderlandlı siyasətçi ölkəsini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb

Niderlandlı siyasətçi, 2010-2017-ci illərdə deputat olan Yarom van Klaveren Ermənistanın son hərbi təxribatı məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. SİA-nın xəbərinə görə, o, sosial media şəbəkəsində yazıb ki, Niderland, heç şübhəsiz, Azərbaycanın tərəfində dayanmalıdır, çünki ermənilər havadarlarına arxayın olaraq bu ölkənin mülki əhalisinə hücum edib.

Tərəfləri problemi danışıqlar yolu ilə həll etməyə çağıran siyasətçi bu məsələdə dini təəssübkeşliyin əleyhinə çıxıb. "Əgər kimlərsə düşünürlər ki, müsəlman dövləti olduğu üçün müsəlmanlar Azərbaycanı dəstəkləyirlər, onlar yanılırlar".

Klaveren nəzərə çatdırıb ki: "Düşünün və dini bura qatmayın".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə