Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb FOTO

Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, onlar “Qarabağ Azərbaycandır” plakatını James Jackson Storrow Memorial Drive ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar.

Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldə biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə