Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan getdikcə bu işğalı genişləndirmək barədə düşünür.Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına layiqli cavab vermək üçün yetərincə gücü var. Hazırda cəbhə xəttində baş verənlər bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın bundan sonra da təcavüzkar niyyətləri barədə dünya birliyini məlumatlandırdı. Artıq biz sentyabrın 27-də Ermənistanın yeni hərbi təxribatının şahidi olduq. Hazırkı şəraitdə milli həmrəylik mühüm şərtdir. Bu mənada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da vahid mövqedən çıxış etməlidir. İndiki vəziyyətdə siyasi partiyalar üçün Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz və ərazi bütövlüyümüz ən mühüm amildir, ümummilli məsələlərdə birlik nümayiş etdirilməlidir.
Bütün xalq Ali Baş Komandanın ətrafında birləşib. Biz Ordumuza güvənirik, ehtiyatda olan yüz minlərlə zabit və əsgərimiz var. Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi siyasətə birmənalı dəstəkdir, düşmənə qarşı ümumi mövqedir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Hətta hakimiyyətə qarşı müəyyən mənada radikal olan KXCP, Ümid, REAL, VİP və s. kimi siyasi müxalifət partiyaları bütün siyasi məsələləri bir kənara qoymaqla dövlətçiliyimizin qorunması və müdafiəsi istiqamətində bəyanata imza atsalar da, özlərini "ana" və s. müxalifət adlandıran AXCP və Müsavat bu dəfə də xalqın, dövlətin maraqlarına xidmət etmədiklərini bu addımları ilə sübuta yetirmiş oldular. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Buna isə bir ad vermək olar – Xəyanət!
Mətləb Hüseynov, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB