Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan heç bir təxribata əl atmamışdır: “Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir. Tam haqqımızdır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək.” Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələrindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik.
Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək düşmən dəyirmanına su tökdülər. Nədənsə, uzun illərdir bu ölkənin çörəyini yeyib suyunu içən və adlarını "milli müxalifət düşərgəsi" qoyaraq küçə siyasəti yürüdənlər – AXCP, Müsavat kimi partiyalar, "Milli Şura" tipli qərb nökərləri Azərbaycanda birgə bəyanat yaymış siyasi partiyaların həmin bəyanatına dəstək göstərməyiblər. Yalnız sosial şəbəkələrdə alayarımçıq statusları ilə vətənsevər deyil, əslində, vətənşivən olduqlarını etiraf edən Əli Kərimli-Cəmil Həsənli cütlüyü və onların "Milli Şura"dakı çete üzvləri, həmçinin Müsavat başqanı Arif Hacılı, görünür, ölkədəki siyasi partiyaların bəyanatlarına qoşulmamaları tapşırıqlarını ermənipərəst ağalarından alıblar. Çünki belə olmasa idi, ən azından adları həmin siyahıda yer alardı. Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Siyasi partiyaların mütləq əksəriyyəti bu məsələdə vahid mövqedən çıxış edirlər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizədə siyasi partiyaların birgə mövqeyi və dialoqu önəmlidir.
Tahir Əliyev, Bakı Fəhləsi Maşınqayırma zavodu ASC-nin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB