Amerika Yəhudiləri Təşkilatı erməni təxribatı ilə bağlı bəyanat verdi!

“Vaad L Hatzolas Nidchei Yisroel-Amerika Yəhudiləri Təşkilatı” Erməni təxribatı ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir:
“Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də Azərbaycan Ordusuna və mülki obyekt və insanlara qarşı artilleriya və ağır silahlarla hücum edib. Bnun nəticəsində çoxlu sayda insan tələfatı olub. Buna cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatlarına başlamağa məcbur olub. Biz Amerika Yəhudiləri təşkilatı olaraq Ermənistanın təcavüzünü qınayır, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmə hüququnu tanıyırıq. Və onu da bildirir ki, bütün bu aqressiya tam olaraq erməni rəhbərliyinin üzərinə düşür".

Murad Salmanov

Bütün xəbərlər Facebook səhifəmizdə