"Ermənistanın iki gün ərzində illik hərbi büdcəsi məhv edildi" - AÇIQLAMA

“Ermənistanın iqtisadı durumu və silah təhcizatı elə vəziyyətdədir ki, Ermənistan rəhbərliyi bir tankın məhv ediilməsi xəbərinə, 10 erməni əsgərinin ölüm xəbərindən daha çox məyus olur, daha çox qorxuya düşür. Çünki, qorxaq da olsalar, arxa cəbhə də hələ öldürməyimiz üçün minlərlə erməni var, qırıldıqca qabağa verəcəklər. Amma silah və texnika baxımından vəziyyət tam başqadır. Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbi texnikasının dəyəri 100 milyonlarla ölçülür”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

E.Əmirov bildirib ki, bir müddət əvvəl “Globalpower” Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir dəfə yarım çox qiymətləndirirdi: “Amma reallıqda bu fərq daha çoxdur. Rəqəmlərin təhlili bunun təxminən 4 dəfəyə qədər çox olduğunu göstəririr. İllər boyu olan bu fərq davam etdi və 25 ildən çox müddətdə toplam olaraq sonda müqayisə edilməz hərbi güc fərqi yarandı. Ona görə də qiyməti milyonlarla ölçülən hərbi texniki vasitə itirməsi Ermənistan üçün böyük itkidir. Təkcə ilk 2 döyüş günü ərzində ermənilərin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib. Səhv etmirəmsə, təkcə “OSA” zenit-raket kompleksinin birinin qiyməti 10 milyon dollardan artıqdır. 15 ədəd bu zenit-raket kompleksinin qiyməti 160 milyon dollara çatır. Bunun üzərinə məhv edilmiş 18 ədəd pilotsuz uçuş aparatı (PUA) qiymətini, 22 ədəd tank və digər zirehli texnikanı və 8 ədəd artilleriya qurğusunun qiymətini gəlsək bu ermənistanın illik hərbi büdcəsinə yaxın bir məbləğ alınır. 622 milyon dollarlıq hərbi büdcəyə sahib Ermənistan üçün bu əsl faciə idi. Məhv edilmiş silah-sursat anbarlarını, orda olan texniki vasitələri, onların sursatları və döyüş meydanında qoyub qaçdıqları digər vasitələrin qiymətini bu məbləğın üzərinə gəlsək onda tam rahat şəkildə deyə bilərik ki, cəmi 2 gün ərzində Azərbaycan ordusu Ermənistanın illik hərbi büdcəsini yox etdi. Bu onlar üçün çox böyük faciədir ki, 2 gün ərzində təxminən hərbi büdcəsinə yaxın həcmdə bir itki verdi. Məncə, bu tarixdə nadir hallarda baş verir. Təbii ki, kəmiyyyət olaraq, iki gün ərzində bundan qat-qat daha böyük itkilər verən dövlətlər olmuşdu. Amma bu itkilərin illik hərbi büdcəyə nisbəti bu qədər fantastik olmamışdı. Ortada 1:1 nisbətinə yaxın bir nəticə var. Odur ki, düşünürəm, heç vaxt bir ölkə digər ölkənin illik hərbi büdcəsini 2 gündə məhv eləməmişdi. Amma bu baş verdi və bunu Azərbaycan Ordusu etdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə