Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildi

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib. SİA-nın verdiyi xəbərə görə, qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.

Qurultayda millət vəkili Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov idi.

Bütün xəbərlər Facebook səhifəmizdə