İşğal olunmuş torpaqlarımızda bayrağımızı sancacağımız gün uzaqda deyil!

Azərbaycanımızın-Odlar diyarımızın tükənməz sərvəti, münbit torpağı, saysız hesabsız qızıl, gümüş və filiz yataqları hər zaman düşmənlərin hədəfinə tuş gəlib. Lakin nə qədər müharibələr savaşlardan keçsə də ölkəmiz öz mövqeyindən çəkinməmiş, savaşı döyüş meydanında aparmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. Tariximizin qızıl səhifələri olan Aprel döyüşləri, “Lələtəpə” yüksəkliyinin alınması,Tovuz hadisələri və torpaqlarımızın işğaldan azad olunmasında əvəzolunmaz dəyərə, əhəmiyyətə malik olan 27 sentyabr tarixi buna sübutdur.

Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Bu gün biz xalq olaraq bir yumruq kimi cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik. Məhz ölkə başçısının həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü və müasir ordusuna sahibdir.

Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün tarixi şans yaranıb. Düşmən hücumunun qarşısı alınarkən, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası sıradan çıxarılmışdır. Lakin ordumuz mülki əhalini atəşə tutmamışdır.

Bu təxribatdan sonra artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi. Ordumuzun Şanlı Aprel qələbəsindən, bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə edilmiş qələbələrin fonunda Azərbaycan Ordusunun qələbəsi birmənalıdır.

Ordumuz tam ruh yüksəkliyi ilə düşmən qarşısında mərdanə dayanıb. Döyüşçülərimizin bu qəhrəmanlıqları bir zəfər kimi hər zaman yaddaşlarda qalacaq.

Biz əminik ki, qələbə bizimdir,həmişə də bizim olacaq!

Həsənova KəmaləSəfiyar qızı
215 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...