Ordumuz döyüş meydanında zəfər çalır

27 sentyabr 2020-ci il tarixdə cəbhə boyunca baş verən hadisələri işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin başlanğıc tarixi kimi hesab etmək olar.

Belə ki,həmin gündən başlayaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar aldılar.Səbəb isə həmişə açıq danışıqlardan qaçan mənfur düşmənin qəfil hücumu oldu.O həmin düşməndir ki, illərlə aparılan danışıqlara baxmayaraqöz iyrənc əməllərindən əl çəkmir və təxribatlarını davam etdirirdi.

Bu gün həm də ona görə xalqımızın yaddaşında həkk olundu ki,qanlar bahasına da olsadüşmən tapdağı altında olan torpaqlarımızın azad olunması gerçəkləşdi.

Ancaq bu yolda,bu azadlıq mücadiləsində,ana qədər müqəddəs torpaq savaşında ölkəmiz öz mövqeyini qoruyur,Milli Ordumuz dinc əhalini atəşə tutur. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Bunun əksinə olaraq qatil düşmən ordusu bunu özünə peşə sanaraqdöyüş meydanında gerçəkləşdirə bilmədiyi “qəhrəmanlıqları”dinc əhaliyə tətbiq edir.

27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır.

Ancaq bütün bunlara baxmayaraqbiz inanırıq ki,qələbə günümüz yaxındadır və xalqımız Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həqiqi mübarizə meydanında qalib gələcəkdir.

Gülmalıyeva Şəhla Seyran qızı
215 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə