Ermənistanın iğalçılıq siyasəti iflasa məhkumdur

Sentyabrın 27-dəsaat 06:00 radələrində Ermənistan silahlı qüvvələri növbəti genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəli çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Rəsmi məlumata əsasən 9 mülki vətəndaşımızı erməni təxribatı nəticəsində həlak olub. Bu bir daha Ermənistan hakimiyyətinin faşist xislətini və cinayətkar mahiyyətini ortaya qoydu.

Biz hər zaman sülh tərəfdarı olmuşuq, işğala, təcavüzə məruz qalsaq da, sülhün baş tutması, ımin-amanlığın yaranması üçün daim əməli, sımimi addımlarımızı ortaya qoymuş, iradəmizi nümayiş etdirmişik. Ümumiyyətlə, 32 ildir səbr, dözüm göstərmişik. Amma səbrin də bir həddi var. Həm iyul hadisələri, həm də son bir neçə gündə baş verənlər səbrə artıq yer qalmadığını göstərdi. Hərb variantından, müharibədən başqa yolumuzun olmadığını ortaya qoydu. Bunu biz istəmirdik, bunu ermənilər, Ermənistan, onların havadarları istəyirdi və istədiklərini də aldılar, alacaqlar. Onlara layiqli cavab verilib, veriləcək də.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirilən BMT-nin sessiyasında Ermənistanın bu təxribatıarını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda, Prezident Ermənistanın məqsədinin yeni təxribatlar törətmək və işğal siyasətini genişləndirmək olması ilə bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdi. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onu sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib. Bu gün bütün Azərbaycan xalqı qəhrəman ordumuzla bir yerdədir, onun düşmənə qarşı mübarizəsini alqışlayır və dəstəkləyir. İgid əsgərlərimiz əmin ola bilər ki, hər bir Azərbaycan vətəndaşı, hər bir gənc onun yanındadır, onula birdir. Belə bir ərəfədə Ali Baş Komandan və ordumuzun ətrafında sıx və yumruq kimi birləşməliyik. Xalq olaraq hazırki məsuliyyəti və tarixi dönəmdə vətən naminə həmrəy olmalı, ehtiyac yarandığı halda hər birimiz yaşımızdan vər tutduğumuz vəzifədən asılı olmayaraq cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olmalıyıq.

İbrahimova Ruhiyyə, 155 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...