İşğalçı Ermənistanın törətdiyi təxribat sülhə və humanizm dəyərlərinə ziddir

Sentyabrın 27–də dünya özünü “demokrat” kimi qələmə verməyə çalışan təcavüzkar Ermənistanın baş nazirinin növbəti bir təxribatının və insanlığa, bəşəri dəyərlərə qarşı törətdiyi anti–humanist əməlin şahidi oldu. Sözsüz ki, bu atəşkəs müqaviləsi bağlandıqdan sonar işğalçı dövlətin silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi ilk hadisə deyildi. Bu gün dünyanın beynəlxalq əməkdaşlıq çərçivəsində kürəsəl təhlükə olan koronavirusla mübarizə apardığı bir dövrdə bu təxribatı törətmək həm də kürəsəl sülhə qarşı bir təcavüzkarlıq hesab edilir. Bəşəriyyət bu gün həmrəy olub dünyada tezliklə bu pandemiyadan insanlığı xilas etməyə səfərbər olduğu halda Paşinyan və onun cinayətkar və qəsbkar hökumətinin, onun işğalçı ordusunun bu əməlinə daha geniş müstəvidə, təkcə Azərbaycana deyil, bəşər insanına qarşı cinayət kimi dəyərləndirilməlidir.

Azərbaycan sərhədlərinin artilleriyadan atəşə tutulması, atəşkəs rejiminin kobud şəkildə pozulması bilavasitə Ermənistan rəhbərinin tapşırığı ilə həyata keçirilir. Erməni faşıstləri bu təxribatları yalnız mövqelərimizə deyil, xislətlərinə uyğun olaraq mülki əhalinin yaşadıqları ərazilərə də artilleriya silahlardan atəş açırlar.

Bu gün işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı həyata keçirdiyi bu təxribatın kökündə Paşinyan dayanır. Paşinyan rejimi özünün yarıtmaz siyasəti nəticəsində işğalçı ölkədə social iqtisadi durumu yarıtmaz vəziyyətə gətirib çıxarmışdır. Paşinyanın bu addımı regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də iqtidarının iflasının qarşısını almaqla, hakimiyyətinin ömrünü uzatmaq məqsədi dayanır.

Bu səbəbdən də baş verənləri pərdələmək məqsədilə Ermənistan beynəlxalq təşkilatlara müraciət edərək ərazidə atəşkəsin bərqərar olmasını yalvarsa da, özləri açıq şəkildə ərazimizdə təxribat törədirlər.

Hazırda Silahlı Qüvvələrimiz tarixi bir missiya həyata keçirir və hərbi qulluqçularımız üzərlərinə qoyulan vəzifələri canları bahasına olsa da həyata keçirirlər.. Eyni zamanda, hər birimizin bu cür vəziyyətdə riayət etməli olduğumuz vəzifələr var: İlk növbədə Ermənistan təxribata başladığı andan ölkəmizin aidiyyatı qurumları tərəfindən fasiləsiz rəsmi məlumatlar yayılmağa başladı və bu müddət ərzində informasiyasız qalmağımız olmadı. Bu səbəbdən də hər kəs yalnız rəsmi məlumatlara istinad etməli, əsassız məlumatlara inanmamalı, həmçinin bu cür məlumatların yayılmasından çəkinməlidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qüdrətli dövrünü yaşayır.Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır, qəbul edir, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilə biləcəyini bildirir.

Vətənimizin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbr və yaralılarımıza şəfa diləyirik.

Ramis Nəsibov, Bakıxanov bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə