Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına layiqli cavab vermək iqtidarındadır

Ermənistan dövlətinin faşıst, irqçi və terrorçu mahiyyətə malik olması inkaredilməz həqiqətdir. Beynəlxalq hüquq normalarını kobud surətdə pozan bu ölkə, eyni zamanda, işğalçı təcavüzkar mövqeyini davam etdirməklə sivil dəyərlərə məhəl qoymur, pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirir.

27 sentyabr saat 6.00 radələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan dövlət sərhəddinin Fizuli, Cəbrayıl, Ağdam, Tərtər istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaları da bunun növbəti bariz nümunəsidir. Məqsəd bəhs olunan istiqamətdəmövqeləri ələ keçirmək olsa da, artilleriya, minaatan tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. İşğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə layiqli cavab verilib.

Ermənistan tərəfin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı qüvvələri tərəfindən iflasa uğradılır, dövlətimiz öz sərhədlərini qoruyur, eyni zamanda operativ vəziyyətə nəzarət edir. Azərbaycan güclü Orduya malikdir və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən uğurlu ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək gücündədir. Ordumuz bu gün müasir texnika və silahlarla təmin olunub, ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Kadr potensialının inkişafı, orduda peşəkarlığın daimi olaraq yüksəldilməsi Silahlı Qüvvələrimizin gücünü artıran çox əhəmiyyətli amildir. Bir sözlə, Azərbaycan Ordusunun hərbi – texniki təchizat səviyyəsi müasir tələblərə və NATO standartlarına uyğundur, kadr – mütəxəssisehtiyatı isə öz vəzifələrini layiqincə yerinə yetirən peşəkarlardan ibarətdir.

Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi- psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi- texniki bazası, intelektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.

Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirdi. Belə ki, Ordumuzun şücaəti nəticəsində işğal altında ında olan 7 kənd və Murov dağı tamamilə ermənilərdən azad edildi. Bu, böyük qələbədir və inanırıq ki, tezliklə bütün Qarabağ erməni işğalçılarından azad ediləcək və üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə və digər torpaqlarımızda dalğalanacaq. Qarabağ bizimdir və bizim olacaq!

Səlimova Vüsalə, Balaxanı bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə