Bakı kəndləri ekoloji fəlakət zonasından ekoloji cənnət zonasına çevirib - MÖVQE ÖZƏL

"Bu gün Bakı kəndləri Azərbaycan tarixində heç vaxt olmadığı kimi öz inkişaf dövrünü yaşayır. Cənab Prezidentin tapşırığı ilə Bakı kəndlərinin inkişaf etdirilməsi ilə əlaqədar xüsusi proqram icra olunur. Bütün kəndlərin infrastrukturu müasirləşdirlilir, sosial obyektlərə, tarixi və mədəni abidələrə yeni həyat verilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, ökə başçısı özü şəxsən Bakı kəndlərinə səfər edir, insanlarla görüşür və verilən tapşırıqların icrasına baxış keçirir: "Bakının qədim neft mədənlərin yerləşdiyi Balaxanı və Bibiheybət qəsəbələri də yenidən nəfəs almağa başlamışdır. Bu qəsəbələrdə uzun illər neft çıxarıldığından ekoloji fəlakətlə qarşılaşmış, demək olar ki, yaşayış üçün yararsız vəziyyətinə düşmüşdü. Amma cənab Prezidentin tapşırığı ilə bu qəsəbələrdə görülən işlər qəsəbələri ekoloji fəlakət zonasından ekoloji cənnət zonasına çevirmişdir".

A.Badamov vurğulayıb ki, bu gün Balaxanı və Bibiheybət qəsəbələrin sakinləri böyük sevinc yaşayırlar: "Görülən yenidən qurma işləri bu qəsəbələrə tarixdə heç vaxt olmamamış gözəllik bəxş eləmişdir. Balaxanı artıq dünya turizm agentliklərinin maraq dairəsinə düşüb. Düşünürəm ki, yaxın zamanlarda Balaxanı və Bibiheybət qəsəbələri xarici turistlərin gəlməyinə ən çox maraq göstərdiyi məkanların sırasına daxil olacaqdır. Turist axınının bu qəsəbələrə çoxalması qəsəbələrin iqtisadiyyatının güclənməsinə səbəb olacaq. Yəni yeni xidmət yerləri açılacaq, işsizlərin işlə təmin olunmasına şərait yaranacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...