Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Söhbət Masallı şəhərinin Bakı prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 3,2 kilometr yeni asfalt döşənəcək M3 160+800 və M3 163+300 avtomobil yollarından gedir. Sözügedən yollarda təmir işləri yüksək keyfiyyət və sürətlə həyata keçirilir. Yola kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla asfaltın üst qatının qaşınmasına başlanılıb.

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görülən işlərlə tanış olub.

Yol inşaatçılarının işləri ilə tanış olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov AAYDA-nin əməkdaşlarının Masallıda gördükləri keyfiyyətli işlərdən söhbət açıb.

İcra başçısı inşaatçılara tövsiyələrini verib, yol kənarlarında beton səki daşlarının qoyulmasını tapşırıb.

Qeyd edək ki, Masallı şəhərində və ərazilərində abadlıq-quruculuq işləri gündəlik davam etdirilir.
Yol infrastrukturunun yenidən qurulması və vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qısa vaxtda Masallı şəhərinin 18 prospekt və küçəsinə asfalt döşənib.

Yol inşaatçıları şəhərin prospekt, küçə və xiyabanlarında asfaltlanma işlərini başa çatdırdıqdan sonra Kolatan kəndinin Seyidoba məhəlləsində 1450 metr uzunluğunda olan yola da asfalt döşəyiblər.

Masallı rayon sakinləri pandemiya dövrünün çətinliklərinə baxmayaraq, ölkəmizdə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların sağlamlığının qorunmasına daim diqqət və qayğı göstərən dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hədsiz minnətdarlıqlarını bildirirlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə