Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir

24 sentyabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir.

Reyd zamanı pandemiya qaydalarını pozan 2 nəfər Masallı şəhər sakini, 2 nəfər Mahmudavar, 1 nəfər isə Lürən kənd sakinlərinin hər biri 100 manat olmaqla ümumilikdə 500 manat cərimə olunmuşlar. Rayon ərazisində reydlər davam etdirilir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...